Dünyanın məşhur kriptovalyutası “Bitcoin” avqust ayının 1-dən iki virtual valyutaya bölünüb - klassik “Bitcoin” və “Bitcoin Cash”.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu addım əməliyyatların sürətini artırmaq üçün atılıb.
Məlumata görə, bölünmə ərzində əksər iri birjalar və digər servislər “Bitcoin” üzrə bütün əməliyyatların aparılmasını dayandırıb. Yeni sistemə keçid üçün bir neçə saat və bir gün arasında vaxtın tələb olunacağı gözlənilir.
“Bitcoin Cash” valyutasının klassik “Bitcoin”lərdən başlıca fərqi istifadə olunan protokol şəbəkəsinin onu tez böyütməyə və miqyasını artırmağa imkan verməsindədir.
Ayrılma ərzində klassik kriptovalyutanın qiyməti avqustun 1-də səhər 2900 dollara yüksəlsə də, bölünmə başa çatandan sonra 2680 dollaradək ucuzlaşıb.
L.Ə.