Dünyanın əsas kriptovalyutası sayılan "Bitcoin"in dəyəri yenidən yüksəlməyə başlayıb.
Oxu.Az FED.az-a istinadən xəbər verir ki, "Bitcoin"in bu saata olan qiyməti 6630 dollar təşkil edir.
Xatırladaq ki, "Bitcoin"in dünən bu saatlara olan qiyməti 6126 dollar idi.
Yəni kriptovalyuta bir gün ərzində 504 dollar və ya 8% bahalaşıb.
Amma bu, "Bitcoin"in bir həftə əvvəlki qiymətindən aşağıdır.
Bir həftə əvvələ olan nəticələrə görə, "Bitcoin Cash"in qiymətində də yüksəlmə müşahidə olunur. Belə ki, yeddi gün əvvəl 615 dollar olan "Bitcoin Cash"in bu saata olan qiyməti, 644 dollar bahalaşaraq, 1259 dollar təşkil edir.
L.Ə.