Virtual valyuta bitkoin Asiya birjasında 4,4 faiz bahalaşıb, 10, 379,53 dollar təşkil edərək rekord qırıb. Beləliklə, bitkoinin bazar dəyəri 176 milyard dolları ötüb.
Oxu.Az xəbər verir ki, kriptovalyutanın bazar dəyəri "Mc Donald’s", "Goldman Sachs" və "Disney" kimi şirkətləri geridə buraxıb.
Analitiklərin rəyinə görə, 2018-ci ildə bu virtual pul vahidinin dəyəri 50 000 dolları ötəcək. Bir qisim isə hesab edir ki, bitkoinin dəyəri yaxın günlərdə 3-6 faiz ucuzlaşacaq.
Bununla belə, bitkoinin ilin əvvəlindən 10 min dollara qədər bahalaşması onun çöküş ehtimalını 80 faizə yüksəldib.
Qeyd edək ki, Milli Araşdırma Bürosu iki il ərzində bitkoinin 40 faiz ucuzlaşacağını bəyan edib. Bildirilir ki, gələn il kriptovalyutanın dəyəri 100 faiz artarsa, dəyərdən düşmə ehtimalı 50 faizə yüksələcək.
L.Ə.