Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bolqarıstan nümayəndəsi: "Bakıda COP29-un təşkili, sadəcə, möhtəşəmdir"
BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi üçün namizədlərdən biri Bolqarıstan olsa da, nəticədə estafeti Azərbaycan qəbul edib. Ölkənin paytaxtı Bakı iqlim dəyişikliyi və davamlı inkişaf məsələlərinə həsr olunmuş bu miqyaslı beynəlxalq tədbirin keçirildiyi məkana çevrilib.
Kembric Davamlı İnkişaf İnstitutunun (CISL) baş layihə meneceri Svetelina Kuzmanova Oxu.Az-a şərhində Bakıda COP29-un təşkili ilə bağlı təəssüratını bölüşüb.
"Bolqarıstan nümayəndəsi kimi təəssüf edirəm ki, ölkəm COP29-a ev sahibliyi etmədi, lakin qeyd etmək istəyirəm ki, Azərbaycan yaxşı hazırlaşıb və bu, sadəcə, başlanğıcdır. İlk təəssürat müsbətdir, düşünürəm ki, bundan sonra daha yaxşı olacaq", - deyə o qeyd edib.
Kuzmanova vurğulayıb ki, Azərbaycan bu cür mühüm tədbirin keçirilməsinin öhdəsindən əla gəlir.
"Bakıda COP29-un təşkili çox yaxşıdır, sadəcə, möhtəşəmdir", - deyə CISL nümayəndəsi əlavə edib.
Rufina Abdullayeva
"COP29" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb
- Azərbaycan və Fransa: Parisin siyasəti Qafqazda Qərb üçün maneə kimi
- Ülviyyə Qarayeva: "Guya geri qaytarılan vəsaitdən agentlik işçilərinə mükafat yazılır"
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- COP29 sədrliyinin "İqlim və Sülh" gündəliyinin icrasına start verilib