BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Çıraq” neft platformasının idarə olunması və dəstəklənməsi üzrə xidmətlərlə bağlı Şotlandiyanın “Elite Control System” şirkəti ilə müqavilənin müddətini uzadıb.
Oxu.Az-ın məlumatına görə, Trend bu barədə “Elite Control System” şirkətinə istinadən bildirir.
Qeyd olunur ki, Şotlandiya şirkəti 20 ilə yaxındır “Çıraq” platformasının avtomatlaşdırılmış idarəetməsini həyata keçirir.
Yenilənmiş müqavilənin fəaliyyət müddəti və dəyəri barədə məlumat verilmir.
U.A.
www.oxu.az