Bu gün ərzində Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Qeyd edək ki, məhdudiyyətin yaranmasına səbəb yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Ülviyyə R. Əli
www.oxu.az