Azərbaycanda bir qrup gənc Beynəlxalq Rəqs Günü ilə əlaqədar maraqlı videoçarx hazırlayıblar.
Oxu.Az xəbər verir ki, görüntülərdə dünya rəqsləri, həmçinin milli rəqs nümunələri də yer alıb.
Qeyd edək ki, 29 aprel - Beynəlxalq Rəqs Günüdür. Həmin gün peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır.
Məlumat üçün bildirək ki, Beynəlxalq Rəqs Günü 1982-ci ildən bəri YUNESKO-nun qərarı ilə qeyd olunmağa başlayıb. Bu tarix fransız baletmeysteri Jan Jorj Noverin doğum günü ilə əlaqədardır. Jan Jorj Nover müasir baletin nəzəriyyəçisi hesab olunur.
Elvin Əhmədov
www.oxu.az