Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK)aparatında dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda təlim seminarı keçirilib.
Bu barədə Oxu.Az-a ƏMDK-dan məlumat verilib.
Təşkil edilmiş seminar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları və bu prinsiplərə əməl olunması üzrə məsələləri əhatə edib.
Eyni zamanda, vətəndaşlarla nəzakətli, səbirli və məsuliyyətli davranılmasına riayət edilməsinin zəruriliyi barədə ətraflı məlumat verilib və seminar iştirakçıları ilə bu istiqamətdə müzakirələr aparılıb.
Qeyd edək ki, seminarda komitənin bütün ərazi şöbələrinin əməkdaşları iştirak edib.
Ülviyyə R. Əli
www.oxu.az