Azərbaycanda daha bir neçə mağazada vaxtı keçmiş məhsulların satıldığı aşkarlanıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Xətai rayonunda
- Babək prospekti, 2314-cü məhəllə, 90H ünvanında Pərvanə Abdullayevaya məxsus mağazada;
Nizami rayonunda
- Y.Səfərov küçəsi, 22 ünvanında Alla Abdullayevaya məxsus mağazada;
Sumqayıt şəhərində
- 2-ci mikrorayon, 36/20A ünvanında Xəlilağa Məmmədova məxsus mağazada normativ- texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nizami rayonunda
- Q.Qarayev və Naxçıvanski küçələrinin kəsişməsində Rəhilə Abbasovaya məxsus mağazada;
Gəncə şəhərində
- M.F.Axundzadə küçəsi, 151 ünvanında Firdovsi Həsənova məxsus mağazada;
Ağstafa rayonunda
- Qırlı kəndində Zenfira Tağıyevaya məxsus mağazada;
Qobustan şəhərində
- H.Əliyev küçəsində Ramiz Əsədova məxsus mağazada;
Astara şəhərində
- Azərbaycan küçəsi, 21 ünvanında İbrahim Əliyevə məxsus mağazada;
Balakən şəhərində
- S.Gözəlov küçəsində Arif Bodurova məxsus mağazada;
Ağdam rayonunda
- Mahrızlı kəndində Qalib Garayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.