Azərbaycan Dövlət Neft Fondunun yeni üzən qazma qurğusunun tikintisinə 859,7 milyon dollar ayrılıb.
Oxu.Az xəbər verir ki, Fonddan baku.ws-ə verilən məlumata görə, 2017-ci ilin ilk rübündə bu qurğunun tikintisinə 66 milyon dollar ayrılıb.
Layihənin ümumi dəyəri 1 mlrd. 116,7 milyon dollardır.
Qeyd edək ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, yeni üzən qazma qurğunun tikintisi zamanı 60 milyon dollara qənaət olunub.
U.A.
www.oxu.az