Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Çin şirkətləri Azərbaycanda hansı işlərə imza atacaqlar?
Baku TV-nin "COP BAKU" verilişinin yeni buraxılışında Bonn görüşlərinin əhəmiyyəti, Çin şirkətlərinin "yaşıl enerji" üzrə ölkəmizdə həyata keçirəcəyi layihələr, eləcə də közərmə lampalarına tətbiq edilən qadağalardan bəhs olunub.
Bildirilib ki, Azərbaycan 2024-cü ilin noyabrında COP29-la iqlimin qorunmasına öz töhfəsini verib. Almaniyanın Bonn şəhərində baş tutacaq görüşlərdə isə Bakıda qəbul edilən qərarların icrası yolunda önəmli addımlar atılacaq. Bu görüşlərdə COP29 sədri olan Azərbaycan bir sıra fəaliyyətləri qeyri-formal olaraq Braziliyaya təhvil verəcək.
Vurğulanıb ki, Azərbaycan COP çərçivəsində planetin xilası üçün addımlar atmaqla yanaşı, "yaşıl enerji" üzrə fəaliyyətini də şaxələndirir. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində bu ölkə ilə "yaşıl enerji" sahəsində 6 sənəd imzalanıb. Sənədlərə əsasən, Qobustan, Xəzər dənizi, Böyükşor gölündə günəş və külək elektrik stansiyalarının inşası planlaşdırılır.
Əlavə olunub ki, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanuna əsasən, enerji səmərəliliyinin 3 kateqoriyada təmin edilməsi planlaşdırılır. Bunlar binalar, iqtisadi sahədə fəaliyyət göstərən obyektlər və ev təsərrüfatlarıdır.
Enerji səmərəliliyi üçün önəmli yeniliklərdən biri ənənəvi közərmə lampalarının istifadəsinin, istehsalının və satışının qadağan edilməsidir. Bu lampalardan istifadəyə qoyulan qadağalar isə 2026-ci ildən tətbiq ediləcək.

"COP29" teqi üzrə xəbərlər
- Deputat: "Zirvə görüşünün Xankəndidə baş tutması dərin siyasi və mənəvi anlam daşıyırdı"
- Bonn görüşlərində Azərbaycan imzası: Dalana dirənən müzakirələr necə həll olundu?
- Ərdoğan: "Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"
- XİN rəsmisi: "ECO üzvlərinin ümumi planları ilə bağlı 25-ə yaxın sənəd mövcuddur"
- İlham Əliyev Ruanda prezidentini təbrik etdi