Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

SEPAH aerokosmik qüvvələrin kəşfiyyat rəhbərinin müavininin öldürüldüyünü açıqladı
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mətbuat Xidməti İran Aerokosmik Qüvvələrinin Kəşfiyyat İdarəsinin rəis müavini general Xosrov Həsəninin öldürüldüyünü açıqlayıb.
Oxu.Az xəbərinə görə, bu barədə məlumat Korpusun rəsmi "Telegram" kanalında dərc olunub.
"General Xosrov Həsəni sionist rejimin terror hücumu zamanı şəhid olub", - məlumatda bildirilir.
SEPAH-ın məlumatına görə, Həsəni İran Silahlı Qüvvələrinin keçmiş baş komandanı Əmir Əli Hacızadə ilə birlikdə həlak olub.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
Ən çox oxunanlar