Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
COP29 Sədrliyi çərçivəsində İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin təlim seminarı keçirilir
Bakıda COP29 sədrliyinin iqlim şəffaflığı təşəbbüsləri çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Ümumdünya Meteorologiya Təşkilatı (WMO) və İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) birgə təşkilatçılığı ilə "IPCC inventar proqramı və bu proqramın UNFCCC hesabatlılıq mexanizmi ilə bağlılığı" mövzusunda təlim seminarı keçirilir.
Oxu.Az xəbər verir ki, təlim seminarının məqsədi İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması üçün UNFCCC tərəfindən təqdim edilən hesabatlılıq mexanizminin tətbiqi və istixana qazı emissiyalarının hesablanması üçün IPCC-nin yeni proqram təminatı ilə əlaqədar yerli və xarici mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Təlim seminarının açılışında çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva iqlim sahəsində şəffaflığın təmin edilməsi və istixana qazı emissiyalarının inventarlaşdırılması sahəsində bacarıqların artırılmasının iqlim dəyişmələri ilə mübarizə istiqamətində vacibliyini vurğulayıb.
Üç gün davam edəcək təlim seminarında Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, 100-dən çox ölkədən müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər iştirak edirlər.
"COP29" teqi üzrə xəbərlər
- Bakıda sürücülər niyə ləğv olunan zolaqlardan istifadə etməyə qorxurlar?
- Prezident: "Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur"
- Təyyarə qəzasından az sonra əsas təhlükə nə olub?
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"