Bakıda təkrar daşınmaz əmlak bazarında aprel ayı ərzində ümumi təklif 2122 ədəd təşkil edib.
Bazarda hesablanmış ortа qiymət isə aprel ayı ərzində 2033 dollar/кv.m-dən 2,07% artaraq 2074 dollar/кv.m-ə qədər yüksəlib.
Bunu Oxu.Az-a “MBA Consulting Group” şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, təkrar əmlak bazarında qiymətin sıçrayışlı artması səbəbini Bakıda “Sovetski” adlanan ərazidəki evlərin sökülməsi barədə verilən qərarla və mənzil tikintisi seqmentində müşahidə edilən durumla əsaslandırmaq olar.
“1500-2000 ədədə yaxın yaşayış mənzillərinin sökülmə qərarı satışda olan evlərin qiymətinə təsirsiz ötüşməyib. Digər tərəfdən isə, daşınmaz əmlak bazarındakı qiymətlərin artması son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması ilə bağlı satıcıların ehtiyatlı tərpənmələri olduğunu da demək olar”, - deyib N.İbrahimov.
Cari ilin aprel ay ərzində satış portfelində bahalı evlərin payı 46,34%-dən 2,66% azalaraq 45,11%-ə düşüb, ucuz evlərin payı isə 53,66%-dən 2,30% artaraq 54,89% olub.
Cari ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak bazarında ümumi qiymət artımı 7,05% olduğu halda, yaşayış mənzil bazarında 16,36%, ilkin yaşayış mənzil bazarında isə 15,62% artım müşahidə edilib.
2014-cü ilin aprel аyının sonuna Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında iri çoxmənzilli yaşayış binаlаrının sаyı 103 ədəd, satışa təklif olunan mənzillərin sayı isə 554 ədəd оlub.
“Qeyd etmək lazımdır ki, son 3 ildə davamlı qiymət artımı son aylarda bazarda aktivliyin azalması ilə nəticələnib”, - N.İbrahimov deyib.
Gülnarə Zeynalova
www.oxu.az