“DəmirBank” yeni “Mənfəətli əmanət” məhsulunu müştərilərinə təqdim edir.
Hüquqi şəxslər vəsaitlərini “Mənfəətli əmanət”ə yerləşdirərək qısa müddətə yüksək gəlir əldə edə bilərlər. Belə ki, manat əmanətləri üzrə 1 aya illik 15%, 3 aya isə illik 17% təklif edilir.
Həmçinin, əmanətlər dollar və avro valyutalarında da açıla bilər. Dollar əmanətləri müştərilərə 1 aya illik 6%, avro isə 4% gəlir gətirəcək.
“Mənfəətli əmanət” maksimum 12 ayadək yerləşdirilə bilər və faiz gəliri aylıq götürülə bilər.
Qeyd etmək lazımdır ki, “Mənfəətli əmanət” hesabını “DəmirBank”ın istənilən filialında açmaq mümkündür.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149
http://www.demirbank.az
www.facebook.com/demirbank.az
U.A.
www.oxu.az