Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 130 milyon manat təşkil edib.
Oxu.Az bu barədə AMB-yə istinadən xəbər verir.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,54% olub.
U.A.
www.oxu.az