Bakıda yaşayış binası yanır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Rəşid Behbudov küçəsində, 8 saylı məktəbin qarşısında yerləşən yaşayış binasında qeydə alınıb.
Binadakı evlərdən birində baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
E.Ə.
www.oxu.az