“Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrinin azalmasına səbəb əlverişsiz hava şəraiti olub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov məlumat verib.
O bildirib ki, bir sıra sosial şəbəkə hesablarında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrindən toplanan gömrük ödənişlərinin miqdarı ilə bağlı səsləndirdiyi rəqəmlərə şübhə ilə yanaşılıb, dekabr və yanvar aylarında açıqlanan rəqəmlərin bir-birindən fərqlənmədiyi qeyd olunub:
“Son bir ayda əlverişsiz hava şəraiti ilə əlaqədar “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrinin həcmində kəskin azalma müşahidə olunub. Yanvar ayı ərzində bu postdan 109 nəqliyyat vasitəsi keçib. Məhz buna görə dekabr və yanvar aylarında açıqlanan yekun rəqəmlərdə ciddi fərq yaranmayıb və məlumatda yanlışlıq yoxdur”.