Cari ilin 10 ayında ölkədə 16,5 milyard kub metr əmtəəlik təbii qaz ehtiyatları olub. Onun 81,8 faizi hasilatın, 10,4 faizi ilin əvvəlinə mövcud olan ehtiyatın, 7,8 faizi isə idxalın hesabına formalaşıb.
Oxu.Az Statistika Komitəsinə istinadən xəbər verir ki, ehtiyatların 44,3 faizi ölkə daxilində istehlak edilib. 37,7 faizi ixrac olunub, 3,6 faizi itkiyə gedib. 14,4 faizi isə oktyabr ayının əvvəlinə ehtiyat kimi qalıb.
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1544,6 milyon kVt saat elektrik və 169,1 min Qkalori istilik enerjisindən, 106,2 milyon kub metr təbii qazdan istifadə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 10,3 faiz, istilik enerjisindən 30,9 faiz, təbii qazdan 11,7 faiz çox istifadə olunub.
Beləliklə, büdcə təşkilatları 139,0 milyon manat dəyərində elektrik enerjisi, 21,2 milyon manat dəyərində təbii qazdan istifadə ediblər.
L.Ə.