Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan Oxu.Az-verilən məlumata əsasən, 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu isə 2020-ci ilin dekabr ayı ilə müqayisədə 1,12 faiz və ya 7,16 milyon ABŞ dolları qədər az olub.
Bu məbləğ 2020-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə isə 2,15 dəfə və ya 344,7 milyon dollar daha çoxdur.
Qeyd edək ki, 2020-ci ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 637,74 milyon ABŞ dolları məbləğində, 2020-ci ilin yanvar ayı ərzində isə 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.