Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30.101.1 milyon manat olub. Hansı ki, aprel ayının sonuna bu göstərici 30,779.2 milyon manat təşkil edirdi.
Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bankların cəmi öhdəlikləri 27.342.2 milyon manat, sektorun balans kapitalı 2.758.8 milyon manat olub.
Hesabat dövrünə əhalinin əmanətlərinin həcmi 6,820.1 milyon manat təşkil edib. İlin əvvəli ilə müqayisədə əmanətlərin həcmi 8,2 faiz azalıb.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2476 ədəd olub.
L.Ə.