Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Energetika naziri: "Avropa maliyyə qurumları SGC-nin maliyyələşməsinə razılıq vermədilər"
"Azərbaycan Aİ ilə SGC-nin ikinci fazası ilə bağlı razılıq əldə edəndə qarşı tərəf bu zəmanətlərin olmayacağını bəyan etmədi. Biz ümid edirdik ki, eyni şəkildə bu əməkdaşlığı davam etdirəcəyik. Amma Aİ-nin bu istiqamətdə siyasəti dəyişdi".
Oxu.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O, sözlərinə belə davam edib:
"Biz bu layihəyə qarşılıqlı maraq doğuran layihə statusu belə ala bilmədik. Avropa maliyyə qurumları bu layihələrin maliyyələşdirilməsinə razılıq vermədilər. SGC-nin iki fazasının həyata keçirilməsi üçün uzunmüddətli müqavilələr, zəmanətlər olmalıdır".
Məhərrəm Əliyev
"Pərviz Şahbazov" teqi üzrə xəbərlər
- Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
- Pərviz Şahbazov: "2021-ci ildən 2024-ci ilə qədər 57 faiz qaz ehtiyatlarımız artırılıb"
- Günəş enerjisi layihələri üzrə icra və investisiya müqavilələri imzalanıb
- Üç ölkə AİB və AİİB ilə "Xəzər Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlıq edəcək
- Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi görüş keçirilib