Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Evlərin kirayəsi bahalaşıb
Azərbaycanda mənzillərin kirayə haqqı bir xidmət üzrə orta aylıq 93,67 manat təşkil edib.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay kirayə haqqı 1,2% bahalaşıb. Müqayisə üçün bildirək ki, kirayə haqları yanvarda 3,5%, fevralda 0,1%, martda 1,2% artıb.
Qeyd edək ki, may ayında kirayə haqlarının bahalaşması həm də ölkədə təşkil olunan beynəlxalq əhəmiyyətli idman oyunları ilə əlaqədar olub. Belə ki, ölkəyə turist axını kirayə mənzillərin qiymətlərinə təsir edib.
Ekspertlərin rəyinə görə, xüsusilə paytaxtın mərkəzində 1-2 otaqlı mənzillərin kirayəsi 50%-dən çox bahalaşıb.
L.Ə.