"Expressbank"dan daha bir yenilik! İlk dəfə keçirilən "İkiqat cashback" festivalı!
Daim müştərilərini sevindirən ExpressClub İkiqat cashback festivalı elan edir!
Belə ki, 27 noyabrdan başlayaraq dekabrın 4-dək davam edəcək festival ərzində "Expressbank"ın plastik kart sahibləri xüsusi tərəfdaşlarda alış-veriş edərkən qazanacaqları cashback ikiyə vurulacaq!
İkiqat cashback qazandıracaq tərəfdaşlar sırasında Geox, Baldinini, Enjoyment, Ramzes, Camel Active, Euromoda, Faik Sonmez, FLO, French Connetion, Karen Millen, KİP, Las Vegas və bir sıra digər tərəfdaşlar var. ExpressClub üzrə tərəfdaşlar siyahısı daim yenilənir və artır. Müştərilər üçün yeni istifadəyə verilmiş www.expressclub.az saytı vasitəsilə istənilən şəxs həm "ExpressClub" üzrə bütün tərəfdaşların siyahısı, həm də ikiqat cashback qaytaracaq tərəfdaşlar siyahısı ilə tanış ola bilər.
Qeyd edək ki, "Expressbank"ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN, Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını Pulsuz sifariş etmək mümkündür
"ExpressClub" tərəfdaşlar şəbəkəsi və cashback xidməti barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya "ExpressClub"un rəsmi "Facebook" səhifəsinə (www.facebook.com/expressclubaz/) daxil ola bilərsiniz.