Federal Ehtiyat Sisteminin (FES) dekabra qədər faiz artımına getməyəcəyinə dair bazar gözləntiləri artıb.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, istiqraz treyderlərinin fikrincə, FES sentyabrda keçiriləcək toplantısında faiz artımına getməyəcək. Qərar üçün ilin son toplantısını gözləyəcək.
Bu isə dolların kursunun stabil qalacağına işarədir.
Treyderlər FES-in ilin sonunda uçot dərəcəsini artıracağını proqnozlaşdırırlar.
L.Ə.