Böyük layihələrin, eləcə də, “STAR” zavodunun tikintisinin 2018-ci ildə başa çatması ilə əlaqədar SOCAR-ın kapital xərcləri 2019-2020-ci illərdə iki milyard dollara qədər azalacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Fitch Ratings”in SOCAR ilə bağlı açıqladığı hesabatda qeyd edilir.
Bildirilir ki, 2017-ci ildə şirkətin kapital xərcləri 4,3 milyard manat təşkil edib.
Hesabata görə, neftin qiymətinin yüksək olması, eləcə də, 2018-ci ildə hökumət tərəfindən ayrılan subsidiyaların 1,9 milyard manata qədər artımı SOCAR-ın ümumi borcunun daha da çoxalmasını məhdudlaşdıracaq.
L.Ə.
www.oxu.az