"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti gələn il 30 vaqon xətdən çıxaracaq".
Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Depolarla üzrə iş departamentinin baş mühəndisi Aydın Bəkirov deyib.
O bildirib ki, bu il xətdə olan qatarlardan istismar müddəti başa çatanı yoxdur:
"Ona görə də bu il köhnə qatarlar xətdən çıxarılmayacaq. Gələn ilin əvvəlində isə 30 vaqon istismar müddəti başa çatdığı üçün xətdən çıxarılacaq və utilizasiyaya təqdim olunacaq".
A.Bəkirov bildirib ki, Bakı metropoliteni 2024-cü ildə 5, 2023-cü ildə 8, 2022-ci ildə isə 10 vaqonu istismar müddəti başa çatdığı üçün xətdən çıxarıb və utilizasiya edib.
Samir Əli