"Goldman Sachs Group Inc." ABŞ iqtisadiyyatının gücü və uçot dərəcəsinin artırılması gözləntilərinin təsiri ilə dolların məzənnəsindəki artımın davam edəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu səbəbdən də bank avroya qarşı dollar almağı məsləhət görüb.
Bankın analitikləri Zax Pandl və Kamakşya Trivedinin açıqlamasına görə, dollar avroya nisbətdə möhkəmlənməyə başlayıb.
Onların fikrincə, ilin sonuna qədər avro dollara nisbətdə 1,15 səviyyəsinə düşəcək. Analitiklər Avropa səhm bazarının zəif inkişaf edəcəyini ehtimal edirlər.
L.Ə.