"2025-ci ilin ilk 10 ayında ölkəyə 1 760 elektrik mühərrikli avtomobil idxal edilib. Bu, çox az rəqəmdir, çünki 2024-cü ildə bu göstərici 3 027 idi".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Sədr bunu elektrik mühərrikli avtomobillərə marağın yüksək olmaması ilə əlaqələndirib:
"İnsanlar daha çox daxili yanma mühərrikli avtomobilləri idxal etməyə üstünlük verirlər".
O, gömrük vasitəsilə daxilolmalara da münasibət bildirib. Qeyd edib ki, bu, əsasən, idxal əməliyyatları nəticəsində baş verir:
"İdxal zamanı gömrük tarifləri tətbiq olunur və gömrük ödənişləri alınır. Bizim büdcə daxilolmalarımızın əsas hissəsi isə ƏDV-dən formalaşır".
Mərahim Nəsib