"Geosiyasi gərginliklər və regional münaqişələr aqro-ərzaq dəyər zəncirlərini pozmaqda davam edir".
Oxu.Az xəbər verir ki, bunu Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu çərçivəsində keçirilən "İqlim, iqtisadi və təhlükəsizlik problemləri kontekstində ərzaq təhlükəsizliyi: regional perspektivlərin fərqləri və oxşarlıqları" adlı panel müzakirədə deyib.

O bildirib ki, bu pozuntular birbaşa regionlar üzrə ərzağın mövcudluğuna və qiymətlərə təsir edir:
"Qlobal ərzaq sistemlərinin bir-birindən asılı olduğunu bir daha anlayırıq. Bu kontekstdə regional əməkdaşlıq kritik əhəmiyyət daşıyır. Ərzaq təhlükəsizliyinin təmin olunması yalnız effektiv siyasətlərlə deyil, həm də səmərəli nəqliyyat dəhlizləri və etibarlı logistika zəncirləri ilə mümkündür. Bu vəziyyətdə Gürcüstan, Azərbaycan və Orta Dəhlizin rolu əsas əhəmiyyət daşıyır. Ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi vacibdir. Bizim səylərimiz açıq, proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin qorunmasına yönəlib. Bu mühit iqtisadi artımı dəstəkləyir və regionumuzun investisiya üçün cəlbediciliyini artırır".