Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gürcüstan və Azərbaycan Rusiyaya elektrik enerjisi tədarükünə hazır olduqlarını təsdiqləyiblər
"Gürcüstan və Azərbaycan Rusiyaya elektrik enerjisi ixrac etməyə hazır olduqlarını təsdiqləyiblər".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "İnter RAO" İdarə Heyətinin üzvü Aleksandra Panina Bərpaolunan Enerji İnkişafı Assosiasiyasının "Rusiyanın bərpaolunan enerjisi" konfransı çərçivəsində deyib.
"Cavab aldıq. Azərbaycan 250-300 MVt həcmində qəza yardımı göstərə biləcəyini bildirdi", - deyə o qeyd edib.
Panina Azərbaycandan əvvəllər də Rusiyaya elektrik enerjisi tədarükünün həyata keçirildiyini vurğulayıb.
Gürcüstana gəldikdə isə o bildirib ki, Tbilisi konkret vədlər verə bilməsə də, vəziyyətdən asılı olaraq qərar verməyə hazır olduğunu bəyan edib.
"Onlar əvvəlcədən söz verə bilməzlər, lakin vəziyyətdən asılı olaraq qərar verəcəklər", - deyə o izah edib.
Bundan əvvəl Panina bildirmişdi ki, Rusiya qəza rejimləri zamanı elektrik enerjisi tədarükü imkanı ilə bağlı Azərbaycan və Gürcüstana müraciət edib.
"Azərbaycan-Rusiya iqtisadi münasibətləri" teqi üzrə xəbərlər
- Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirilib
- Azərbaycan və Rusiyanın baş prokurorları Anlaşma Memorandumu imzalayıblar
- Rusiyanın Ulyanovsk şəhərindən Azərbaycana ilk yük qatarı yola düşəcək
- Azərbaycan bu il Rusiyaya xurma ixracını 71 faiz artırıb
- SOCAR və "Qazprom" strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəliblər