Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması üzrə ixtisaslaşan "AGAS Group" MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, memorandumu İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və "AGAS Group" MMC-nin direktoru İlkin Quliyev imzalayıblar.
Sənədə əsasən, ölkəmizdə keçiriləcək COP29-a və yaşıl enerji islahatlarına dair öhdəliklərin dəstəklənməsi məqsədilə İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yerləşən obyektlərin alternartiv enerji ilə təmin edilməsi nəzərdə tutulur.
Memorandum çərçivəsində "AGAS Group" MMC tərəfindən Hacıqabul Sənaye Parkında 2.5 MVt-lıq günəş elektrik stansiyasının (GES) qurulmasının texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Növbəti mərhələdə GES-in qurulması və Sənaye Parkının yaşıl enerji ilə təmin olunması planlaşdırılır.
"İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA)" teqi üzrə xəbərlər
- Sədr: "2023-24-cü ildən məzun olmuş tələbələrin 65,4%-nin məşğulluğu təmin edilib"
- Çin şirkəti Azərbaycanda elektrik avtobusları istehsal edəcək
- İdarə Heyətinin sədri: "2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər"
- Seymur Adıgözəlov: "Azad edilmiş ərazilərdəki sənaye parklarında 15-dən çox müəssisə tikiləcək"
- Seymur Adıgözəlov: "2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır"