Cari ilin səkkiz ayında dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsinə 31,1 milyon manat vəsait ayrılıb.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, avqustda ipoteka kreditləşməsi 20% artıb. Hesabat dövründə banklar tərəfindən 19.8 milyon manat kredit verilib. Ümumilikdə ilin əvvəlindən sentyabr ayının birinə olan tarixə qədər banklar tərəfindən 113,1 milyon manat həcmində ipoteka krediti verilib.
L.Ə.