Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb
Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 4,2%, 2025-ci ildə 2,6%, 2026-cı ildə isə 2,8% səviyyəsində müəyyən edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, şirkətin açıqladığı proqnozlarına görə, bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,7 faiz bəndi artıb, 2025-ci il və 2026-cı il üçün isə dəyişməyib.
Hesabata əsasən, 2024-cü ilin üçüncü rübündə ÜDM artımı 5,4%, dördüncü rübdə 3% proqnozlaşdırılır. Həmçinin, 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2%, ikinci rübdə 2,5%, üçüncü və dördüncü rübdə isə 3% səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin son rübündə isə iqtisadi artımın 2% təşkil edəcəyi proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9% artıb.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 4,2%, 2025-ci ildə 3,5%, 2026-cı ildə 2,8%, 2027-ci ildə 3,8%, 2028-ci ildə 3,3% səviyyəsində gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 3,8%, 2025-ci ildə 2,8% təşkil edəcək.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının bu il 3,2%, 2025-ci ildə 2,7%, 2026-cı ildə isə 2,4% artacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM artımını 3,2%, 2025-ci ildə 2,5%, 2029-cu ildə isə 2,4% səviyyəsində proqnozlaşdırır.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 3,1%, 2025-ci ildə isə 2,7% olacaq.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda 2024-cü ildə iqtisadi artım proqnozunu 2,7%, gələn ildə isə 2,6% səviyyəsində proqnozlaşdırılır.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i 2,5%, 2025-ci ildə 2%, 2026-cı ildə 1,5%, 2027-ci ildə isə 1,5% təşkil edəcək.
"Moody`s" beynəlxalq reytinq agentliyi isə Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,1%-dən 2024-cü ildə 2,1%-ə qədər sürətlənəcəyini proqnozlaşdırır.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatının bu il 3,2%-ə qədər bərpa olunacağı, lakin gələn il 2,7%-ə, 2026-cı ildə isə 2,3%-ə qədər yavaşlayacağını proqnozlaşdırır.
"Niderland" teqi üzrə xəbərlər
- Haaqada güclü partlayış: Dağıntılar altında 20-yə qədər insan ola bilər
- Pərvanə Vəliyeva Sen-Martenin müstəqilliyinə dair: "Həyatlarını formalaşdırmaq hüququna layiqdirlər"
- 2026-cı ildən sonra "Formula-1"in təqvimində dəyişiklik olacaq
- Niderlandda polis narkotikdən hazırlanmış heykəl tapdı
- Niderland seçməsi Bosniya və Herseqovina ilə görüşə itkilərlə çıxacaq