Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pentaqonun keçmiş müşaviri: "ABŞ Ukraynaya nüvə silahının verilməsini müzakirə edir"
"ABŞ hökuməti Kiyev hakimiyyətinə nüvə silahının ötürülməsi imkanlarını müzakirə edir".
Oxu.Az-ın RT-yə istinadən xəbərinə görə, bu barədə Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor özünün "X" hesabında məlumat verib.
"Vaşinqtonda Zelenskiyə taktiki nüvə silahının verilməsi məsələsinin müzakirə edildiyi barədə şayiələr gəzir. Mən bu ssenarini, hətta təsəvvür belə edə bilmirəm", - deyə o yazıb.
Daha əvvəl isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirmişdi ki, Moskvanın Kiyevə nüvə silahının ötürülməsi ehtimalına şübhəsi yoxdur.
Həmçinin Dövlət Dumasının deputatı Mixail Şeremet fikir bildirmişdi ki, nüvə silahının Ukrayna hakimiyyətinə təhvil verilməsi dünyanı apokalipsisə aparacaq.
"ABŞ Müdafiə Nazirliyinin qərargahı (Pentaqon)" teqi üzrə xəbərlər
- Ukrayna üçün nüvə silahının taleyini Tramp həll edəcək
- ABŞ-də maliyyə maxinasiyalarına cəlb edilən media vasitələrinin SİYAHISI AÇIQLANIR
- Pentaqon rəhbəri Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını mümkünsüz adlandırıb
- Pentaqon rəhbəri: "Çin ABŞ-nin dünyada hökmranlığını sarsıtmaq istəyir"
- Pentaqon ABŞ qoşunlarının Suriyadan tam çıxarılması planını hazırlayır