"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi (PHŞ) dəftərxana ləvazimatlarının satın alınması üzrə müsabiqə elan edib.
Oxu.Az xəbər verir ki, müsabiqənin ümumi ehtimal olunan dəyəri 476 min 224 manat təşkil edir.
Satınalınacaq ləvazimatlar arasında 200 ədəd A4 çərçivə, 200 ədəd metal torlu zibil qabı, 2 min B5 zərf, 4 min A4 zərf, min ədəd 35 metr uzunluğunda yapışqanlı lent və min ədəd 18 metr uzunluğunda yapışqanlı lent yer alır.
Tenderə yanvarın 16-da yekun vurulacaq.