2017-ci il iyunun 1-nə iqtisadi fəal əhalinin sayı 5035,3 min nəfər olub. Onlardan 4783,4 min nəfərini məşğul əhali təşkil edib.
Oxu.Az-a Dövlət Komitəsindən verilən xəbərə görə, ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,3 min nəfərdir.
İşsizlərin 37,2 faizini qadınlar təşkil edir. İşsizliyə görə müavinətin orta məbləği 264,0 manatdır.
Qeyd edək ki, işsizlərin sayı cari ilin dörd ayı ilə müqayisədə azalıb. İşsizliyə görə verilən müavinətin məbləği isə 0,20 manat artıb.
L.Ə.