Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən və dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir.
Oxu.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın noyabr sayına istinadən xəbər verir ki, sonrakı yerlərdə "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Socar-Dalğıc" MMC, "İstisu" Mineral su zavodu MMC, "Azərbaycan Dəmir yolları" QSC və Naxçıvan MR Dövlət Energetika Xidməti qərarlaşıb.
2025-ci ilin yanvar-oktyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Export Stream" MMC, "STP Alüminium" MMC, "TABATERRA" QSC, "UYTROP" MMC, "P-AQRO" MMC, "HOLCİM" ASC.