İranın Bakıdakı səfirliyi bu ölkənin mətbuatında yayılan və İranın Azərbaycan da daxil olmaqla, 7 dövlətin vətəndaşları üçün səfər vizasını ləğv etməsi barədə xəbəri şərh edib.
Səfirlikdən Oxu.Az-a bildiriblər ki, İran dövlətinin bu cür qərar qəbul etməsi ilə bağlı səfirliyə məlumat daxil olmayıb.
“Bu, sadəcə mətbuatda yayılan informasiyalardır”.
“Əgər İran dövləti bu cür qərar qəbul etsəydi bu barədə ilk olaraq səfirlikdə informasiya olmalı idi” - deyə, İran səfirliyindən bildiriblər.
09:47
İran yeddi dövlətin vətəndaşları üçün səfər vizasını ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın “Kayhan” qəzeti yazıb.
“Bundan sonra Türkiyə, Livan, Azərbaycan, Gürcüstan, Boliviya, Misir və Suriyadan olan turistlər İrana vizasız səfər edə bilərlər”, - deyə, qəzet yazıb.
Adları çəkilən ölkələrin vətəndaşları İranda 90 günədək vizasız qala bilərlər.
Bu tədbir ölkədə turizm sektorunun inkişafına yönəlib.
Bundan başqa, İran rəhbərliyi daha 60 dövlətin vətəndaşları üçün viza rejiminin ləğv imkanlarını nəzərdən keçirir.
E.Ə.
www.oxu.az