Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yeni təyinatlar olub.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya komitədən bildirilib.
Komitə sədrinin əmrinə əsasən, komitə yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə Abdullayev Sabiq Sabir oğlu, xidmət rəisinin müavini vəzifəsinə isə Ömərov Ruslan Kamal oğlu təyin edilib.
S.Abdullayev bundan əvvəl adıçəkilən xidmətdə rəis müavini, R.Ömərov isə Sertifikatlaşdırma üzrə orqanların akkreditasiyası sektorunun müdiri olub.
U.A.
www.oxu.az