Kriptovalyuta bazarının kapitalizasiyası 512 milyard dollara yüksəlib.
Oxu.Az xəbər verir ki, kriptovalyutalarda bazar dəyərinə görə birinci sırada bitkoindir. Biktoinin dəyəri 291,36 milyard dollardır. İkinci sırada ethereumun adı yer alır. Bu kriptovalyutanın bazar qiyməti 69 milyard dollardır. "Bitcoin Cash"in bazar kapitalizasiyası 31,6 milyard dollar, "Ripple" 21,4 milyard dollar,laytkoin 16,3 milyard dollardır.
Hazırda kriptovalyutaların kapitalizasiyası 5 beynəlxalq şirkətin bazar dəyərindən geridə qalır. Bunlar aşağıdakılardır: "Apple" - 881,6 milyard dollar, "Alphabet" - 725,8 milyard dollar, "Microsoft" - 660,2 milyard dollar, "Amazon" - 561,4 milyard dollar və "Facebook" - 514,2 milyar dollar.
Onu da qeyd edək ki, kriptovalyutaların bazar kapitalizasiyası artıq "Alibaba" (447,3), "Johnson & Johnson" (383,9) şirkətlərini geridə qoyub.
L.Ə.