İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, monitorinqlər zamanı Sumqayıtda, İsmayıllıda, Bakının Sabunçu və Nərimanov rayonunda, Şəmkirdə, Masallı rayonunda, Zaqatalada, Balakəndə, Ağdam rayonunda fəaliyyət göstərən satış obyektlərində 280 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Gülnarə Zeynalova
www.oxu.az