Azərbaycan Respublikası Mərkəzi Bankı əsas vəsaitlərin sığortalanması xidmətlərinin satın alınması üçün keçirdiyi tenderə yekun vurub.
Oxu.Az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi kimi "PAŞA Sığorta" ASC olub. Tenderin məbləği isə 205649 manat təşkil edib.
Sığorta xidmətlərinə daşınmaz əmlakın icbari və əlavə risklərdən, maşın və avadanlıqların, elektron cihaz və avadanlıqların sığortalanması, eləcə də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası daxildir.