Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mərkəzi Bankın valyuta ehtiyatları 650 milyon dollara yaxın azalıb
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu ilin fevral ayının 1-nə 10 milyard 988.5 milyon ABŞ dolları təşkil edib.
Oxu.Az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, son bir ildə Mərkəzi Bankın ehtiyatları 5.6% və ya 648.5 milyon dollar azalıb.
Qeyd edək ki, eyni zamanda, AMB-nin valyuta ehtiyatları son bir ayda artım nümayiş etdirib. Belə ki, bu göstərici yanvarın 1-i ilə müqayisədə 29 milyon dollar və ya 0.3% artıb.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Kredit faizləri niyə yüksəlir? - Deputatdan AÇIQLAMA
- Azərbaycan əhalisinin banklardakı əmanətləri rekord səviyyəyə çatıb
- Azərbaycanda problemli kreditlərin həcmi 3%-ə yaxın artıb
- Taleh Kazımov: "2024-cü ildə Azərbaycan banklarının 150 min unikal əmanətçisi olub"
- Mərkəzi Bank 2025-ci ilin iqtisadi proqnozlarını açıqlayıb
Ən çox oxunanlar