Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mikayıl Cabbarov Lord Malkolm Offord ilə görüşüb - YENİLƏNİB + FOTO
İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə Birləşmiş Krallığın ixrac üzrə naziri Lord Malkolm Offordla iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv istiqamətləri müzakirə olunub.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ixrac üzrə naziri Lord Malkolm Offordla görüşüb.
Nazir Mikayıl Cabbarov ölkələrimiz arasında münasibətlərin inkişafını, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndiyini vurğulayıb. Bildirilib ki, Birləşmiş Krallıqla səmərəli ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir.
Görüşdə Azərbaycanda bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər, region ölkələri ilə “yaşıl” enerji sahəsində əməkdaşlıq təşəbbüsləri barədə məlumat verilib, SOCAR-ın metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürdüyü diqqətə çatdırılıb. İqtisadiyyat Nazirliyi ilə Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatası arasında işçi qrupunun fəaliyyətinin iqtisadi tərəfdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanıb.
Lord Malkolm Offord ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrin inkişafına önəm verdiyini, yeni əməkdaşlıq sahələrini, birgə təşəbbüslərin reallaşdırılması imkanlarını qeyd edib.
Görüşdə növbəti il Londonda planlaşdırılan İnvestiya Forumunun təşkili, enerji, dekarbonizasiya sahəsində birgə fəaliyyətin stimullaşdırılması, ixrac, investisiya, ticarət sahələrində qarşılıqlı təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə olunub.
12:38
İqtisadiyyat naziri Mikayıl Cabbarov Lord Malkolm Offord ilə görüşüb.
O bu barədə özünün “X” hesabında paylaşım edib.
Bildirilib ki, Birləşmiş Krallığın ixrac üzrə naziri Lord Malkolm Offord ilə Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib.
🇦🇿🇬🇧 Birləşmiş Krallığın ixrac üzrə naziri cənab Lord Malkolm Offord ilə #Azərbaycan və #BöyükBritaniya arasında #iqtisadi əməkdaşlığın mövcud vəziyyətini və perspektiv istiqamətlərini nəzərdən keçirdik:
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 6, 2023
– #Enerji sahəsində birgə fəaliyyətin stimullaşdırılması;
– #İxrac,… pic.twitter.com/sYmatM5mYw
"Birləşmiş Krallıq" teqi üzrə xəbərlər
- Britaniyanın Baş naziri: "İqlim böhranının ön cəbhəsində olan ölkələri dəstəkləməyə hazırıq"
- "Böyük dövlətlərin böyük tullantıları" - Fövqəl dövlətlər niyə narahatdırlar?
- Xaricdə təhsil almaq əhəmiyyətlidirmi?
- İnsan lider olaraq doğulur, yoxsa sonradan bu keyfiyyətləri qazanır? - Samir Novruzovla MÜSAHİBƏ
- COP29 Təşkilat Komitəsinin üzvü: "Beynəlxalq ictimaiyyət iddialı hədəflər gözləyir"