Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mikayıl Cabbarov Raniya əl-Məşatla görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində Misir Ərəb Respublikasının planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniya əl-Məşatla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:
"Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyətini qeyd etdik. Ticarət, investisiya, enerji, KOB, sənaye, infrastruktur və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətin təşviqi imkanlarını dəyərləndirdik".
Avropa Yenidənqurma və İnkişaf Bankının (@EBRD) İllik Toplantısı çərçivəsində Misir Ərəb Respublikasının planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri xanım Raniya əl-Məşatla (@RaniaAlMashat) görüşdə ölkələrimiz arasında #iqtisadi əməkdaşlığın şaxələndirilməsinin… pic.twitter.com/ndYJv1b9I1
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 14, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda bir sıra görüşlər keçirib
- Mikayıl Cabbarov Əbu-Dabi İnkişaf Fondunun baş direktoru ilə görüşüb
- Mikayıl Cabbarov 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
- "PAŞA Holding"in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding"in ilk tədbiri baş tutub
- Mikayıl Cabbarov Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirib