Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mikayıl Cabbarov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü
İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti görüşlərini keçirib.
Görüşlər zamanı Mentorluq proqramı çərçivəsində növbəti addımlar müzakirə edilib.
Oxu.Az-a bu barədə qurumdan məlumat verilib.
İqtisadiyyat naziri qaliblərin daim peşəkarlıq səviyyələrini artırmaq istiqamətində səy göstərdiklərini vurğulayaraq yüksək intellektə malik kadr ehtiyatlarının hər bir ölkə üçün əvəzolunmaz sərvət olduğunu qeyd edib.
"Yüksəliş" müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində dövlət və özəl sektor, beynəlxalq konsaltinq şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərin və müxtəlif istiqamətlərdə maraqlı müzakirələrin onların fərdi inkişafında böyük rol oynadığını qeyd ediblər.
Görüşdə gənclərin fərdi inkişaf istiqamətində fəaliyyətləri və əldə etdikləri yeni təcrübələr barədə fikir mübadiləsi aparılıb. Mentorluq proqramı çərçivəsində növbəti addımlar müəyyənləşdirilib.
Üçüncü "Yüksəliş" müsabiqəsinin (@yukselish_az) qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə bugünkü görüşümüzdə gənclərin fərdi inkişaf istiqamətində fəaliyyətləri və əldə etdikləri yeni təcrübələr haqqında danışdıq. Mentorluq proqramı çərçivəsində növbəti addımları… pic.twitter.com/ARzTDRTNt6
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 2, 2024
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Tatarıstan Rəisi Rüstəm Minnixanov ölkəmizə üç avtobus bağışladı
- Mikayıl Cabbarov Müdafiə Sənayesi Nazirliyi işçilərini təbrik edib
- Mikayıl Cabbarovdan FHN işçilərinin peşə bayramı münasibətilə təbrik
- Mikayıl Cabbarov Heydər Əliyevin anım günü münasibətilə paylaşım edib
- Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb