Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyədə Tunc dövründən qalan 4000 yaşlı ağac qeydə alınıb: Toxunulmasa, minlərlə il də yaşayacaq
Türkiyədə Tunc dövründən qalan və yaşı 4 000 ildən çox olan ağac qeydə alınıb. Söhbət Zonquldağın Alaplı rayonundakı qaraçöhrə ağacından gedir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin qocaman ağacların mühafizəsi məqsədilə yaratdığı yeni saytında xəbər verilib.
Bildirilir ki, 2024-cü il etibarilə yaşı 4 119 il olaraq hesablanan qaraçöhrə ağacının çətir diametri 9,5 metr, gövdə diametri 245 santimetr, boyu 23 metrdir. Bu ağac dünyanın ən yaşlı beş ağacından biri hesab olunur. Elmi araşdırmalar zamanı ağacın sağlam olduğu öyrənilib və insanlar tərəfindən zərər verilmədiyi təqdirdə ən azı daha 4 min il yaşaya biləcəyi qeyd edilib.
Portalda başqa uzunömürlü ağaclar barədə də məlumatlar yerləşdirilib.
Məlum olub ki, Türkiyədə yaşı 2 000-i keçən dörd ağac var. Antalyada 25 metr hündürlükdə və 262 santimetr gövdə diametrinə malik 2 331 yaşındakı sidr ambar qatranı Türkiyənin ən yaşlı ikinci ağacıdır. Kahramanmaraşda 2 284 yaşındakı şərq çinarı isə üçüncü yerdədir. Bunlardan başqa, Konyada 2 001 yaşındakı ətirli ardıc və Hatayda 2 001 yaşındakı şərq çinarı Türkiyənin ən yaşlı ağacları arasında yer alır.
Türkiyədəki qocaman ağacların ən hündürü Gümüşhanedə 55 metr hündürlüyündə 405 yaşındakı küknar ağacıdır. Ən geniş gövdəyə isə Kastamonuda 805 yaşındakı 880 santimetr gövdə diametrli şərq çinarı malikdir.
Qeyd olunur ki, ölkədə ümumilikdə 10 mindən çox uzunömürlü ağac var.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə helikopter binaya çırpıldı: Ölənlər var
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Ərdoğanın Suriyanın paytaxtı Dəməşqə edəcəyi səfərin PƏRDƏARXASI MƏQAMLARI
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb
Rəylər