Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Milli Observatoriya ilə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi arasında memorandum imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Oxu.Az xəbər verir ki, sənədi Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova imzalayıblar.
Memoranduma əsasən, tərəflər əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi, ali və orta ixtisas təhsil müəssisələrinin məzunlarının əmək bazarında məşğulluq vəziyyətinin təhlil edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
Əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinə qəbul, yeni ixtisasların açılması üçün təkliflərin hazırlanıb təqdim olunması və məzunların göstəricilərinin statistik məlumatlar əsasında təhlili, əmək bazarında ixtisaslar, bacarıq və səriştələrə olan tələb haqqında ictimaiyyətin mütəmadi məlumatlandırılması, aktual problemlərin şərhinin verilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- Sabah ölkə üzrə bütün pensiyalar ikiaylıq artımla ödəniləcək
- Dövlət Əmək Müfəttişliyi Xidməti yoxlamalar apardı - 26 min manatdan çox vəsait işçilərə ödənildi
- "Medera Hospital" və daha səkkiz şirkət əmək hüquqlarını pozub - Məhkəməyə müraciət edildi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür
- Ötən ay altı uşaq övladlığa götürülüb, ikisi isə himayədar ailəyə verilib