Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında (MR) 42 milyon 621 min manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 6,3 faiz üstələyib.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, Naxçıvan MR Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü ilin yanvar-may aylarında Muxtar Respublikada 7,6 min ton ət (diri çəkidə), 33,6 min ton süd istehsal edilib, 2013-cü ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 0,3 faiz artıb.